Xəbər verdiyimiz kimi, 18 fevral tarixində Bakıda vətəndaşlardan biri "Topaz"da pul udsa da, o, uduşunu ala bilməyib. Belə ki, "At Yarışı" oynayan mərc həvəskarının proqnozu özünü doğruldub. Amma kuponu təqdim edərkən ona uduşun əvəzinə kupona yatırdığı 2 manat geri ödənilib.
Vətəndaş isə bunun səbəbini araşdırmaqda maraqlıdı. İddia edilir ki, kupon oynanılarkən yarış başlayıb və ona görə geri ödəniş olub. Maraqlıdı, əgər yarış başlayıbsa, bəs onda niyə terminal mərci qəbul edib? Təbii ki, bu, "Topaz"da olan boşluq və səhlənkarlıqdı. Bunu bir növ fırıldaq da adlandırmaq olar və bu, onlara sərf edir. Çünki bu məsələdən xəbərdar olmayan şəxs "At yarışı" oynayacaq və uduzacağı halda kuponu cırıb atacaq. Udacağı halda isə belə məyusluq yaşayacaq.
Artıq belə halın baş verməməsi üçün "Topaz" məhkəməyə verilir. Bunu sport7.az-a sözügedən kuponun sahibi bildirib. Onun sözlərinə görə, çox güman ki, belə hallar dəfələrlə yaşanır. Buna görə də o, "Topaz"a təzminat davası açacağını istisna etməyib.
Qaynar.info


