Xəbər lenti

"UEFA-nın qərarı ilə razıyam" - Bakı Olimpiya Stadionunun direktoru
İdman13:38 10.05.2016

"UEFA-nın qərarı ilə razıyam" - Bakı Olimpiya Stadionunun direktoru

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, UEFA-nın tövsiyyəsinə əsasən U-17 Avropa çempionatının yarımfinal və final oyunları Bakı Olimpiya Stadionunda keçirilməyəcək.

Stadionun direktoru Cavid Qarayev Qaynarinfo.az-a açıqlamasında bunun səbəbini stadionun tutumunun 65 min olması və həmin görüşlərdə arenanın doldurula bilməyəcəyi ilə əlaqələndirib: "Səbəb stadionun tutumunun həddindən artıq böyük olmasıdır. Ona görə də UEFA-nın bu qərarı çox normaldır".

Bəs, əvvəlcədən oyunlar bu stadionlara salınanda niyə UEFA səsini çıxarmırdı? Suala Qarayev belə cavab verdi: "Açılış mərasiminə 33 min azarkeş gəlmişdi. Bu isə UEFA üçün U-17-lərin turnirində rekord idi. Şəxsən mən belə düşünürəm ki, UEFA da hər zaman stadionların belə dolu görünməsini istəyir. Onda Azərbaycan Portuqaliya ilə oynayırdı deyə bu qədər azarkeş stadiona gəlmişdi. İndi isə yarımfinal və final oyunlarına bu qədər azarkeşin gələcəyi inandırıcı görünmür. Ona görə də yarımfinal oyunları Mərdəkandakı “Dalğa Arena”ya, final qarşılaşması isə 8-ci km qəsəbəsindəki “Bakcell Arena”ya salındı. Yarımfinal və finala Azərbaycanın çıxacağı real deyil. UEFA da bunu nəzərə alaraq finala açılış mərasimindəki kimi 33 min azarkeşin gəlməyəcəyini düşünüb. Əgər milli komandamız finala çıxsaydı, camaat stadiona toplaşacaqdı və ola bilərdi ki, 33 yox, 48 min azarkeş gələcəkdi. Ən azı yarımfinal oyununun birini bizim stadionda keçirmək olardı?.. UEFA-nın qərarı belədir də. Mən də bu qərarla razıyam".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda Avropa çempionatının hələ qrup mərhələsində 2 oyunu keçiriləcək. Belə ki, mayın 12-də Danimarka - İngiltərə və Serbiya - Hollandiya görüşləri baş tutacaq.

Qaynarinfo.az