Xəbər lenti

"Ukrayna əsgərləri 286 qadına təcavüz edib" - şok iddia
Ölkə21:32 31.10.2014

"Ukrayna əsgərləri 286 qadına təcavüz edib" - şok iddia

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Donetskdə 286 qadının cəsədi tapılıb. Qaynar.info xəbər verir ki, bu barədə qondarma respublikanın baş naziri Aleksandr Zaxarçenko açıqlama verib.
Ukraynadan ayrıldığını elan edən separatçı rejimin rəhbəri Donetsk bölgəsində Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlar zamanı yaşı 18-25 aralığında olan 382 qadının itkin düşdüyü və onlardan 286-sinin cəsədinin tapıldığını bildirib. 
Zaharçenko deyib ki, həmin qadınlar təcavüzə uğrayıb: "14 oktyabra qədər yaşı 18-25 arasında olan 382 qadın itib. Krasnoarmeys şəhərinin yaxınlığında 286 qadın cəsədi tapılıb. Hamısı ənsəsindən vurulub və vurulmazdan əvvəl təcavüz edilib".
Qaynar.info