Xəbər lenti

"Vətəndaşlar qanunsuzluqlarla üzləşirlər" - Mirvari Qəhrəmanlı
Ölkə18:09 21.01.2015

"Vətəndaşlar qanunsuzluqlarla üzləşirlər" - Mirvari Qəhrəmanlı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına 2014-cü ildə 1500-ə yaxın hüququ pozulan şəxs müraciət edib”, - bu barədə təşkilatın sədri Mirvari Qəhrəmanlı bildirib.
O, təşkilatın 2014-cü ildə göstərdiyi hüquqi yardımlardan danışaraq, bildirib ki, 2014-cü il ərzində əmək və sosial-iqtisadi hüquqların pozulması ilə əlaqədar təşkilata 1500-ə yaxın müraciət olub. Bunlardan 1200 nəfər Bakıdan, 210 nəfər isə rayonlardandır. Ötən il ərzində əmək xəsarəti ilə bağlı 18 nəfərə hüquqi yardım göstərilib. Təşkilatın “facebook” səhifəsi vasitəsilə göstərilən yardımlar nəticəsində 75 nəfər öz hüquqlarını bərpa edə bilib.

Həmçinin ötən il təşkilat tərəfindən məhkəmələr vasitəsilə 76 nəfərə hüquqi yardım göstərilib. Təşkilatın hüquqşünasları Bakı, Gəncə, Şirvan, Astara, Hacıqabul, Salyan və digər rayonlarda məhkəmə çəkişmələrində neftçilərin hüquqlarını müdafiə ediblər. Bu müddət ərzində verilən 32 iddia təmin olunub, 4  iddia qismən təmin olunub, 28 iddia isə təmin edilməyib. On iki məhkəmə prosesi isə davam etməkdədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə isə il ərzində iki şikayət göndərilib. Bundan başqa, iki hakim barəsində Məhkəmə Hüquq Şurasına şikayət göndərilib.

M.Qəhrəmanlı bildirdi ki, NHMT mülkiyyət hüquqi sahəsində də hüquqi yardım göstərib: “Təşkilat Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar kompensasiya ödənilməyən mülkiyyətçilərə hüququ yardım göstərməkdə davam edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqları pozulan Oğuz və Qəbələ sakinləri ölkə məhkəmələrində də süründürməçilik və qanunsuzluqlarla rastlaşırlar. Hazırda bu mülki mübahisə ilə əlaqədar Bakı şəhərinin Yasamal rayon Məhkəməsində 3 nəfərin, Bakı Apelyasiya Məhkəməsində 2 nəfərin, Şəki İnzibati İqtisadi Məhkəməsində 2 nəfərin “Azərsu”  ilə məhkəmə mübahisəsi davam edir. Apardığımız monitorinqlər təsdiq edir ki, Bakı Apelyasiya Məhkəməsində və Ali Məhkəmədə bu mülki mübahisələrə qanunvericiliklə nəzərdə tutulan qaydada baxılaraq, qərarlar qəbul edilsə də, Yasamal və Şəki İnzibati İqtisadi Məhkəmələrində qanunvericiliyin tələbləri pozulur. Bu məhkəmə instansiyalarında həmin mübahisə üzrə iddialara 2 ilə yaxın müddətdə baxılaraq, müvafiq qərarlar qəbul edilməyib”.

Eyni zamanda ötən il təşkilat 18 nəfər mülkiyyətçinin Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinə və  Gədəbəy Rayon Aqrar İslahat Komissiyasına qarşı mülki mübahisəsində mülkiyyətçilərə hüquq yardım göstərib. Mülkiyyətçilərin hüquqları qismən də olsa, təmin edilib. Hazırda bu mübahisələrə Gəncə İnzibati-İqtisadi məhkəmələrində baxılır.

M.Qəhrəmanlı həmçinin qeyd edib ki, təşkilat işçilərin əmək və sosial hüquqlarının nə dərəcədə qorunduğunu qiymətləndirmək üçün monitorinqlər aparır. Məhkəmə monitorinqləri göstərir ki, mülki mübahisələrə baxılması zamanı müddətlərə əməl edilməməsi sahəsində vəziyyət daha ağır olub.//Musavat

Qaynar.info