
Yeni açılmış "Visiontv" İnternet televiziyasında yeni şou-maqazin verlişi "Vision show" fəaliyyətə başlayıb.
Məşhurların əsl simasını olduğu kimi xalqa tanıtdırmağa çalışan proqram həmçinin sənətçilərin gecə həyatları, paparazzi kadrları ilə efirə yayımlanır.
Hər həftə bir mövzu ilə müzakirəyə çıxarılan "Həmkarlar" rubrikası da məşhurların öz sahəsində olan biliklərini nümayiş etdirir. Məşhurların yeni yaradıcılıq işləri, bir-birilərinə olan atmacaları, qalmaqalları ilə yayımlanan "Vision show" da həmçinin xarici şou biznesə də yer ayrılır.
Şou əhlini xalqa daha yaxından tanıtmaq üçün şou biznesin altından girib üstündən çıxan proqram heyəti olduqca əsl şou yaradır. Qeyd edək ki, artıq proqramın ikinci buraxılışı izləyicilərə təqdim olunub.
Qaynar.info