
Türkiyədə yaşayan Azərbaycan vətəndaşı Könul Bilalova ölkəyə qayıdarkən biabrçı bir olayla qarşılaşıb.
Belə ki, o, qayıdandan sonra Azərbaycanda işlətdiyi Türkiyənin vodafon şirkətinə məxsus mobil nömrədə rominqi aktivləşdirib. Sonra Qazax rayonunun Fərəhli kəndinə gedib. Kəndə gedib çatanda mobil telefonuna mesaj gəlib ki, "Ermənistana xoş gəlmisiniz".
Yəni "Vodafon" şirkəti Azərbaycan ərazisi olan Fərəhli kəndini Ermənistan ərazisi kimi tanıyıb və abonentə belə bir mesaj göndərib. Sosial şəbəkələrdə diqqətçəkən bu olaydan aydın olur ki, nömrə avtomatik Azərbaycandakı rominqdən çıxıb, Ermənistan mobil operatoruna qoşulub.
K.Bilalova "Facebook"da "haştag" yaradaraq Xarici İşlər Nazirliyinə müraciət edib. //arqument.az
Qaynar.info

