Xəbər lenti

"Xarici şirkət böhrandan çıxmaq üçün ölkəyə "sehrli çubuq" gətirəsi deyil" - Ekspert
Ölkə06:42 22.11.2016

"Xarici şirkət böhrandan çıxmaq üçün ölkəyə "sehrli çubuq" gətirəsi deyil" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Heç bir ABŞ, Avropa şirkəti böhrandan çıxmaq üçün  ölkəyə "sehrli çubuq" gətirəsi deyil. Bu "sehrli çubuq"un adı şəffaf, hesabatlı və effektiv idarəetmədir. 100 dollarlıq neft dövründə belə idarəetməyə ehtiyac yox idi, çünki zətən baha neftin özü "sehrli çubuq"dur".

Qaynarinfo.Az xəbər verir ki bu sözləri iqtisadşı ekspert Rövşən Ağayev 2017-ci ilin büdcəsi ilə bağlı şərhində deyib.

Rövşən Ağayevin sözlərinə görə, məntiqi olan budur ki, böhran dövründə büdcənin gəlir potensialından maksimum istifadə edilsin. Gəlir mənbələri əvvəlki illərlə müqayisədə daha dərindən təftiş olunsun:

"Rəqəmlərə baxıb, nəticə çıxarmaq olur. Səhmlərinin bütünü və ya müəyyən bir hissəsi dövlətə məxsus 10-larla işlək müəssisə var. Amma onların hamısının birlikdə 2017-ci ildə dövlət büdcəsinə ödəyəcəyi dividendlərin həcmi 5.950 milyon manat nəzərdə tutulur. 2016-cı ilə nisbətən bu cəmi 660 min manat çoxdur. Dövlətin öz şirkətlərini başlı-başına buraxmasının, özünə çatası dividendləri almamasının nəticədir ki, bu pulları nazirlərin, nazir müavinlərinin, idarə rəislərinin "paket" maaşına yönəlir".

Ekspert bildirib ki, başqa bir mənbə dövlət əmlakının icarəsindən daxiolmalardır: "2017-də bu mənbədən 16 mln.manat gəlir proqnozlaşdırılır. 2016-da isə 13 mln. manat olmuşdu. İcarəyə verilən əmlaka bina və tikililər, qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlarla yanaşı, 100 minlərləhektar kənd təsərrüfatı torpaqları daxildir. İndi hökumət məlumat yayır ki, artıq 100 minlərlə hektar torpaq istifadə edilmədiyi üçün geri alınıb və istifadə edən sahibkarlara ötürülüb". 

Bəs bu addımın səsi büdcədə niyə eşidilmir?

Rövşən Ağayev qeyd edib ki, ümumiyyətlə, Daşınmaz Əlmak Komitəsi bütün rayon və şəhərlər üzrə icarəyə verilən dövlət əmlakın növü və sahəsi ilə bağlı məlumatlarla hər kəsin online tanış olmasını təmin etməldir: "Məsələn, Zərdab rayonunda yaşayan hər kəsin haqqıdır ki, rayon ərazində icarəyə verilən kənd təsərrüfatı torpaqlarının sahəsi, həmin icarədən dövlətə ödənən vəsaitin həcmi barədə məlumatlı olsun".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az