Xəbər lenti

"Xeyirxah", "vətənpərvər" oliqarx balası - FOTOLAR
Ölkə09:41 03.03.2016

"Xeyirxah", "vətənpərvər" oliqarx balası - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 
17 fevral tarixində Qaynar.info-da sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı oğlu Niyaz Babayevin dəbdəli həyatını əks etdirən araşdırma yazımız və fotolar dərc olunandan sonra  oliqarx balası imicini malalamaq üçün PR şirkətinə müraciət edib.

Qaynar.info-nun verdiyi xəbərə görə, PR şirkətlərindən birinə müraciət edən oliqarx balası cəmiyyətdə imicinin yaxşılaşdırılması üçün təbliğat işlərinə başlanmasını istəyib.

Baxaq görək, adıkeçən piar şirkəti Babayevin imicini necə yaxşılaşdırıb? Cəmiyyətə az tanış olan saytların birində dərc olunan məqalə Qaynar.info-nun yazısına cavab xarakteri daşıdığı üçün həmin məqalədən bəzi parçaları oxucularımıza təqdim etməyi lazım bildik.

Məqalənin əslində piar deyil, parodiya olduğunu göstərmək üçün həmin sitatları müəyyən fotolarla müşayiət edəcəyik.

SİTAT: "Niyaz həmişə hörmətli və layiqli bir vətən oğlu olub. Ətrafındakılardan da, hər zaman vətənpərvərliyi və xeyriyyəçilii ilə seçilib. Bu səbəbdən də onu gözü götürməyən bəzi şayiəyə qaçan şəxslər ondan danışanda  ancaq avtomobilinin qiyməti və.s haqqında yaza bilirlər. Maraqlıdır, yüzlərlə insana maaş verib, evinə çörək aparmağına şərait yaradan o boyda petrol şirkətinin rəhbərinin bahalı avtomobil sürməyə heçmi haqqı yoxdur?"
Niyaz Babayevin vətənpərvərliyini 26 fevral tarixində paylaşdığı şəkillər sübut edir və aşağıda bunun şahidi olacaqsınız. Müəllif öncə bahalı maşınlardan, yazının davamında isə onun çox "sadə avtomobillər" sürdüyündən bəhs edir. Buna isə yazımızın davamında toxunacağıq.

Vətənpərvər Niyaz Babayevin 26 fevral 2016-cı ildə - Xocalı soyqırımının ildönümündə sosial şəbəkədəki hesabında paylaşdığı şəkil:


SİTAT:  Bahalı məkanlardan uzaq olan, xeyriyyə tədbirlərinin daimi iştirakçısı olan Niyaz Babayev haqqında uşaqlıq dostu deyir ki, o,  heç vaxt gecə həyatının adamı olmayıb. “İldə maksimum iki üç dəfə kluba gedər, o da xaricdə olanda. Xarici ölkələrə isə adətən iş səfərləri üçün gedir. Burda onu hansısa klubda partiyə çağıra bilmək üçün azı bir ay əvvəlcədən xahiş etməyə başlayırıq".

Əslində isə, o, ərəb şahzadələrinin getdiyi ən bahalı məkanlarda əylənir - Kann, Monako, Marbelyu, Sent-Rope, "Gotha" klubu, İstanbulun "Reina" klubu və s.

SİTAT: "Kiçik sadə bir evdə gündəlik yüzlərlə insanın qayğıları ilə yaşayır, ABU petrolun rəhbəri Niyaz Babayev".

Niyaz Babayevin 2015-ci ilin yayında Dübəndi qəsəbəsində tikdirdiyi 4 hektar ərazini əhatə edən, 40 milyonluq dəyəri olan, 4 mərtəbəli "kiçik və sadə evində" -  11 sauna, kinotetar, fitness-klub, gözəllik salonu, bahalı maşınlardan ibarət bütöv bir qaraj,  və s. daxildir. Babayevin belə "sadə daxmalar"dan Bakıda, Dubayda və başqa yerlərdə yetərincə varıdır. Axı o sadəliyi çox sevir.

SİTAT: "Bir dəfə özü çox sadə bir avtomobildə yanacaq almağa (Sahibi olduğu ABU petrola - red.) gəlmişdi. İşçilər yanacağı dolduranda xidmətə nəzarət edib, insanlara qarşı üzü gülər olun deyib getmişdi. Biz sonradan bildik ki, bu, şirkətin rəhbəri Niyaz Babayevdir."

İşçilərinin belə görəndə tanımadığı, vaxtını daha çox ölkədən kənarda keçirən Niyaz Babayevin Bakıya gələndə sürdüyü həmin "sadə avtomobillərini" təqdim edirik:

Qaynar.info