
Qaynar.info xəbər verir ki, bu barədə Azərkeşlərin rəsmi facebook səhifəsində məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, komandanın növbəti oyununda Klubun vitse preizdenti Tuyqun nadirov bə bir sıra digər şəxslərin istefası tələb olunacaq: "Növbəti oyunlarımızda "Tuyqun istefa" və digər rəhbərlik üçün şüarlar matç boyunca səslənəcək. Tələbimiz odur ki, rəhbərlik klubdaxili dəyişikliklərə getməlidir. 10 ildə 10 Məşqçi dəyişdik,Toşakda getsə xeyri olmayacaq.
Həbsdə olan azarkeşlərin bizlərdən olmadığını söyləyən, arxasında durmayan Tuyqunkimilər, vaxt gələcək sizlər üçündə bu sözləri deyəcək. Azarkeş böyük qüvvədir, şüarlarımızla çox məşqçini yola salmışıq, bu dəfə isə məşqçiyə yox Tuyqunkimilərə stadionda sözümüzü deməyin vaxtıdır!"
Qeyd edək ki, komandanın növbəti oyunu "Bakı" klubuna qarşı olacaq.
Qaynar.info