
Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində “Xəzər Lənkəran” “Bakı” ilə qarşılaşacaq. Paytaxtda keçiriləcək ilk oyun öncəsi cənub təmsilçisinin heyətində müəyyən itkilər var. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun verdiyi məlumata görə, Topaz Premyer Liqasında “Turan”a qarşı keçirilən son oyundan sonra komandaya bir günlük istirahət verilmişdi.
Bazar ertəsindən kubok oyunu üçün hazırlıqlara start verən komanda ilk öncə Tofiq Bəhramov adına Respublika stadionunda, bu gün isə “Bakı” klubunun bazasında son məşqini keçirib. “Komandanın heyətində ciddi itkilər yoxdur.
Hücumçu Ağabala Ramazanov hərbi xidmət çəkdiyinə görə, yarımmüdafiəçi Elnur Abdullayev cəza səbəbindən, müdafiəçi Alvaro Silva isə zədə ucbatından sabahkı oyunu buraxacaq. Komandamız bütün fikrini kuboka yönəldib. İknci altılıqda mübarizə apardığımızdan Avropa Liqasına vəsiqə qazanmaq üçün kubok son ümidimizdir”.
Qaynar.info