Xəbər lenti

"Xəzər"də yanğın oldu
Ölkə18:58 17.09.2016

"Xəzər"də yanğın oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Axşam saat 18:00 radələrində Bakının Xəzər rayonunda yerləşən “Xəzər” sanatoriyası ərazisində yanğın olub.

Qaynarinfo.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ev əşyaları 8 m2 sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 4 m2 sahədə əriyib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynarinfo.Az