Xəbər lenti

"Xoruz ili"ndə rayonlarımızı itirdik, cümhuriyyət dağıldı..." - Astroloq
Ölkə12:04 27.12.2016

"Xoruz ili"ndə rayonlarımızı itirdik, cümhuriyyət dağıldı..." - Astroloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

20-ci əsrin əvvələrində və sonunda xoş olmayan hadisələrlə yadda qalan "Xoruz ili" növbəti gəlişi ilə nə vəd edir? 

Böhranlı, qarmaqarışıq "Meymun ili"ndən sonra tərəddülə gözlədiyimiz "Xoruz ili" ilə bağlı Qaynarinfo.Az-a tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli müsahibə verib.

- "Xoruz ili"nə nə vaxtdan başlayırıq?

- 2017-ci il yanvarın 28-i gecə saat 04:06-da başlayır və 2018-ci il fevralın 15-ə qədər davam edir. Astronomik il baxımından bu dövr "Xoruz ili" hesab olunur.

- "Xoruz ili" özündə hansı müsbət və mənfi cəhətləri xarakterizə edir?

- "Xoruz ili" dünyada həmişə siyasi zaman və il kimi dəyərləndirilir. Heç vaxt sakit keçməyib. Tarixi xronologiyanı araşdıraraq, 250-yə qədər önəmli tarixi hadisələrə nəzər yetirmişəm. Heç bir il normal keçməyib. Bu 12 ildən 4-ü siyasi il hesab olunur. Onlardan biri və öndə duranı "Xoruz ili"dir. Dövlət çevrilişləri, qanlı qarşıdurmalar olub. Amma daha çox müsbət cəhəti odur ki, müharibələrin dayanması ilə yadda qalıb. II Dünya müharibəsini, Rusiya ilə İran arasındakı "Gülüstan" müqaviləsini, Türkiyə-Yunanstan müharibəsinin dayandırılması, Liviyada Qəddafinin hakimiyətə gələrək müharibənin dayanmasını və s. misal göstərmək olar. Bundan başqa yeni və gənc siyasi liderlərin hakimiyyətə gəlməyi ilə də yadda qalıb.

- "Meymun ili" ilə "Xoruz ili"nin oxşar və fərqli cəhətlərı nədir? 

- "Meymun ili" ilə "Xoruz ili"nin bir sıra oxşar və fərqli cəhətləri var. "Meymun ili"ndə müəmmalı hadisələr çox olur. Kimin hansı tərəfdə olduğu, hansı mövqeyə sahib olduğu gizli qalır. Hadisələr uzandıqca uzanır. Amma "Xoruz  ili"ndə qısa müddətdə məsələlər öz həllini tapır. İstər ictimai-siyasi, istərsə də digər məsələlərdə hədəfə çatmaq üçün hərəkətə keçilir. Məsələn, II Dünya müharibəsini götürək. Bu uzana da bilərdi. Proqnozlaşdırılmışdı ki, 1947-1948-ci ilə qədər davam edəcək. Amma hətta rəqib kimi görünən müttəfiqlər birləşib faşist Almaniyasını məğlub etdilər. Yaponiyanın da siyasətinin qarşısını almaq üçün bomba atdılar və bununla da dava bitdi. Yaxud İstanbulun fəthini də göstərmək olar. İstanbul üçün illər boyu müharibələr getdi. Bundan sonra müharibə sakitləşdi. İqtisadi problemlər, krizislər daha çox "Meymun ili"ndə olur. "Xoruz ili"ndə bu kəskinləşsə də, uzun müddət davam etmir.

- "Meymun ili" iqtisadi baxımdan Azərbaycan üçün uğursuz oldu. "Xoruz ili"ndə nə gözləyək?

- Azərbaycanda 2017-ci ilin ilk 2 ayı çox ağır dönəm olacaq və bu mart ayına da keçə bilər. Çünki "Meymun ili"nin törətdiyi fəsadlar məhz 2017-ci ilin əvvəlində davam edəcək. Ən azından sadə dillə desək, qiymətlərin artımı özünü büruzə verəcək. Amma mənim proqnozlarıma görə, fevral ayından islahatlara gediləcək. Bu burulğanın qarşısı alınmalıdır. İslahatlar aparılmasa, daha ağır fəsadlar olacaq.

- Azərbaycan üçün hansı astroloji il uğurlu hesab olunur?

- Açığı, ürək açan hadisələr az görmüşəm. İstər XX əsrin əvvəli, istər sonu o qədər də xoş olmayıb. 1993-cü ildə Kəlbəcərdən Zəngilana qədər neçə rayonumuzu itirdik. Sonra xeyli təzyiqlər oldu. 1945-ci ildə Güney Azərbaycanda Seyid Cəfər Pişəvəri "Güney Azərbaycan Cümhuriyyəti" elan etdi. Amma onu BMT-nin qərarı ilə dağıdıb qanda boğdular. "Xoruz ili" Azərbaycan üçün daha çox bu hadisələrlə yadda qalıb. 

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az