
Bakı Dövlət Universitetində “Mədəniyyətin inkişafı və təbliğində tələbələrin rolunun artırılmasına dəstək: "Yaponiya mədəniyyəti və Multikulturalizmin Azərbaycan modeli” adlı tədbir keçirildi.
Dekabrın 20-də Bakı Dövlət Universitetində, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Beynəlxalq Multikultural Şəbəkənin birgə təşkilatçılığı ilə “Mədəniyyətin inkişafı və təbliğində tələbələrin rolunun artırılmasına dəstək: Yaponiya mədəniyyətivə multikulturalizmin Azərbaycan modeli” adlı tədbir keçirilib.
Tədbirdə Yaponiyanın Azərbaycandakı Səfirliyinin müşaviri cənab KenciAşidavə səfirliyin Mədəniyyət və Məlumat şöbəsinin əməkdaşı Günel Yüzbaşova, Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova, BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, dosent Oqtay Cəlilbəyli, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Etibar Əhmədov qonaqları salamlayaraq, universitetin Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı görüdüyü işlər haqqında iştirakçıları məlumatlandırdı.
Səfirliyin rəsmi nümayəndəsi Aşida Kenci Bakı Dövlət Universitetində olmaqdan qürur duyduğunu dilə gətirdi. O, çıxışında Yaponiyanın tarixində müəyyən dövrlərdə xarici mədəniyyətlər və texnologiyaların idxalı,digər dövrlərdə isə sakit bir mühitdə özünəməxsus mədəniyyətin inkişaf etdirilməsi imkanları olmasını bildirdi. Cənab Aşida Kenci:”Yaponiyada müxtəlif illərdən başlayaraq, indiyə qədər Sintoizm,Buddizim,Xristianlıq başda olmaqla müxtəlif dinlər mövcuddur.Yaponiya hökuməti tərəfindən qeydə alınmış ölkədəki dini qurumların sayı 219,939-dur.Bu təşkilatların üzvlərinin sayı isə 190,170.000 nəfər olub ki, bu rəqəm də Yaponiya əhalisinin sayından (120,000,000)daha çoxdur.Bu fakt isə o deməkdir ki,onlar müxtəlif dinlərə açıqdırlar”.
Cənab Kenci Aşida Yaponiyanın mətbəxi haqqında geniş məlumat verərək,2013-cü ildə Bakıda keçirilən UNESCO-nun iclasında dünya irsinə qeydə alınmasını da vurğuladı.Multikulturalizm xüsusiyyətlərinə malik olan insanların xarici mədəniyyətlərə qarşı yad fikirlərə,nifrət hissinə və yaxud xoşagəlməz hisslərə malik olmadığını,əksinə yeni xarici texnologiyaları olduğu kimi tezliklə qəbul etdiklərini dedi. Azərbaycanda yaşayan bir əcnəbi kimi,Azərbaycanda doğrudan da güclü multikulturalizmin mövcud olduğunu çoxdan hiss etdiyini deyərək, burda 30-dan çox millət və etnik qrup,746 dini qurumun bir-birinə hörmət göstərərək, sülh içində yaşamalarının təəccübedici bir hal olduğunu əlavə etdi.Azərbaycan xalqı çox sakitdir,sülhseverdir.Azərbaycan xalqı barədə təəccübləndiyi iki məqamın olduğunu bildirən Cənab Aşida, bunun birinin xarici dili öyrənməkdə çox maraqlı olmaları, digərinin isə hər şey haqqında məlumatlı olmalarını olduğunu bildirdi. Belə qabiliyyətlərə malik olan və multikulturalizmi tamamilə mənimsəyən Azərbaycan xalqının bundan sonra da öz dövlətini və cəmiyyətini inkişaf etdirəcəyindən əmin olduğunu iştirakçıların diqqətinə çatdırdı.
Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dosent Oqtay Cəlilbəyli Bakı dövlət universitetinin beynəlxalq əlaqələri, Yaponiyauniversitetləri ilə əməkdaşlığı barədə məlumat verib. BDU-da yapon dili və ədəbiyyatı ixtisasının 2000-2001-ci tədris ilində açıldığını deyərək,Azərbaycan-Yaponiya elm, təhsil əlaqələrinin genişləndirilməsi, Yaponiya Universitetlərində təhsil alan universitet məzunlarının uğurları haqqında məlumatı iştirakçıların diqqətinə çatdırdı.
Daha sonra Xəyalə Məmmədova rəhbərlik etdiyi şəbəkə haqqında ətraflı məlumat verərək onun 2016-cı ilin mart ayında yaradıldığını iştirakçıların nəzərinə çatdırıb və onun yaradılmasında əsas məqsədin Azərbaycanın multikulturalizm modelini və mövcud multikulturalizm modellərini tədqiq etmək, elmi təhlillər aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, müxtəlif ölkələrə aid mədəniyyətləri araşdırmaq və təşviq etmək olduğunu söyləyib.Xəyalə Məmmədova, Beynəlxalq Multikulural Şəbəkənin həyata keçirdiyi yerli və beynəlxalq səviyyəli müsabiqələri, 71 ölkədə fəaliyyət göstərən alimlərdən ibarət “Ölkə təmsilçiləri” haqqında məlumat verərək, xarici mütəxəssislərin vasitəsilə Azərbaycan Multikulturalizm modelinin təbliğatı ilə bağlı çap olunan məqalələri təqdim etdi.
Çıxışın sonunda multikulturalizmin Yaponiyada o qədər yüksək səviyyədə olmaması sırf multikultural dəyərlərin işlək olub-olmaması ilə deyil, sadəcə coğrafi amillərdən yaranan etno-psixoloji faktorlarla bağlı olduğunu bildirərək, Yaponiyanın, Azərbaycanla - multikulturalizmin həyat tərzinə çevrildiyi ölkə ilə əməkdaşlıqlarının genişlənməsinin onlar üçün çox maraqlı olduğunu qeyd edərək, çıxışını yekunlaşdırdı.
Daha sonra iştirakçıları maraqlandıran suallar ətrafında diskusiya aparıldı.
Qaynarinfo.Az






