Xəbər lenti

"Yayda Qarabağda toqquşmalar yenidən başlaya bilər" - ŞƏRH
Ölkə07:22 21.04.2016

"Yayda Qarabağda toqquşmalar yenidən başlaya bilər" - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İki ay içində danışıqlarda real nəticə olmasa, yay aylarında toqquşmaların yenidən başlaya bilər". 
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Dağlıq Qarabağ problemi ətrafında gedən müzakirələrin nəticəsini şərh edərkən deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan və Rusiya hakimiyyəti anlamalırdılar ki, müzakirələrdə nəticə olmasa, Azərbaycan uzun müddət danışıqlarda iştirak etməyəcək: "Danışıqlar prosesində yeni hərəkət lazımdır. Məntiqlə belədir ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasına qeyri-şərtsiz razılaşsın. Amma biz görürük ki, Ermənistan hakimiyyəti əvvəlki kimi müqavimət göstərir. Onların rahatlıqla bu prinsipləri qəbul edəcəyinə inanmıram".
Politoloq bildirib ki, Rusiyanın təklif etdiyi "yeni təkliflər" əslində heç də yeni deyil: "Status məsələsini gündəmə gətirirlər ki, biz də buna razılaşa bilmərik. O ki, qaldı saytlarda gedən "Sarksiyanın Dağlıq Qarabağa görə xalqa müraciət etməsi" fikri sadəcə bir yazıdır. Yaxın günlərdə Ermənistan prezidentinin nəyə qərar verəcəyini görəcəyik. Çox asanlıqla 5 rayonun qaytarılmasına razılaşacağı inandırıcı deyil. Ermənistan hələ uzun müddət müqavimət göstərəcək. Düşünmürəm ki, danışıqlar yolu ilə ciddi bir irəliləyiş əldə edək. İki ay içində danışıqlarda real nəticə olmasa, yay aylarında toqquşmaların yenidən başlaması ehtimalı yüksəlir".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az