Xəbər lenti

"Yeni qanun layihəsi beynəlxalq təşkilatlar üçün president yaratmaq məqsədi güdür" - Fazil Mustafa
Ölkə11:53 28.11.2016

"Yeni qanun layihəsi beynəlxalq təşkilatlar üçün president yaratmaq məqsədi güdür" - Fazil Mustafa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclis Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlayır.

Parlamentin sədr müavini Bahar Muradova Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatılarına Dövlət Şurasının birgə hazırladığı “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində deyib.

Xocalı soyqırımından 24 il keçsə də, Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil. Bəs, bu qanunun olması labüddürmü? Xocalı soqırımının hüquqi müstəvidə tanınması üçün bu qanun  nə üçün daha əvvəl deyil, indi müzakirə olunur?

Millət vəkili Fazil Mustafa Qaynarinfo.Az-a bildirdi ki, bu qanun layihəsi beynəlxalq təşkilatlar üçün president yaratmaq məqsədi güdür ki, Azərbaycanda belə bir qanun var və belə bir qanuna görə cəza var:

"Bu məsələdə gecikmək söhbəti yoxdur. Hər zaman Xocalı soyqırımı ətrafında müəyyən yeniliklər olunmalıdır. Bu bir günlük məsələ deyil, Xocalı soyqırımı getdikcə təkmilləşir, siyasiləşir. Siyasi mübarizə vasitəsi kimi parlamentdə qərarlar qəbul olunur, onların arasında uğursuz və uğurlu qərar olur. Əgər müharibə şəraiti davam edirsə, Ermənistanla aramızda sülh yoxdursa, bu istiqamətdə daha yeni fikirlər, layihələr ortaya qoymalıyıq. Ola bilsin ki, hansısa addımı erkən atmaq olardı, amma hamısını eyni zamanda proqnozlaşdırmaq olmur. Xocalı soyqırımının dünya səviyyəsində tanınması ilə bağlı dünya səviyyəsində işlər aparılır. “Xocalıya Ədalət” kampaniyası kifayət qədər rezonans doğurub. Dövlətin bu istiqamətdə aktiv fəaliyyəti var. Bu işlər ardıcıl aparılmalıdır. Bu qanun layihəsi beynəlxalq təşkilatlar üçün president yaratmaq məqsədi güdür ki, Azərbaycanda belə bir qanun var və belə bir qanuna görə cəza var. Bunun beynəlxalq hüquqda da əks olunması üçün səy göstərilir. Yerli qanunda baş verənləri çalışmalıyıq ki, beynəlxalq hüquq tərəfindən tanınmasını təmin edə bilək".

Pərvin Zeynal
Qaynarinfo.Az