Xəbər lenti

"Yəqin ona Qətərdə bir neçə benzin çəni hədiyyə ediblər" - Quti
İdman12:26 03.05.2016

"Yəqin ona Qətərdə bir neçə benzin çəni hədiyyə ediblər" - Quti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qətərin "Əl-Sədd" klubunun futbolçusu, "Barselona"nın sabiq oyunçusu Xavi Ernandes son müsahibəsində Madrid "Atletiko"sunu tənqid edib. O bu komandanın oyunundan zövq ala bilmədiyini, "Real" və "Barselona"da belə oyun fəlsəfəsinin olmadığını bildirib.

Qaynarinfo.az xəbər verir ki, bu sözlər Madrid "Real"ının və "Beşiktaş"ın sabiq yarımmüdafiəçisi Qutinin xoşuna gəlməyib və o, İspaniya telekanallarından birində Xaviyə cavab verib:

"Xavi haqda nə deyəcəyimi bilmirəm. Məni onun "Atletiko" haqda dediyi sözlər təəccübləndirir. Demək ki, o "böyüyüb". Xavi "Barselona"da oynayanda heç vaxt belə "böyük" olmayıb. Ancaq o, "Barselona"nı tərk etdi və "böyüdü". Yəqin ona Qətərdə bir neçə benzin çəni hədiyyə ediblər. Qoy, o, kafedradan aşağı düşsün. Son vaxtlar o tez-tez Pike ilə danışır".

Qaynarinfo.az