Xəbər lenti

"Zavoddakı partlayışa görə bir neçə vəzifəli şəxs həbs olunacaq" - Müsahibə
Ölkə13:20 03.08.2016

"Zavoddakı partlayışa görə bir neçə vəzifəli şəxs həbs olunacaq" - Müsahibə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hərbi ekspert Üzeyir Cəfərov Qaynarinfo.Az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Avqustun 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun ilə görüşüb. Bu görüş barədə fikirlərinizi bilmək istərdik

- Türkiyə səfirinin Azərbaycan Müdafiə naziri ilə görüşü diplomatik missiyyasının başa çatması ilə bağlıdır. Amma digər tərəfdən də indiki dönəmdə Azərbaycanla Türkiyə arasında müzakirəsi vacib olan çoxsaylı regional məsələlər də var. Eyni zamanda Türkiyə, Azərbaycan və Gürcüstan birgə təlimlər planlaşdırmışdı. Bu barədə sənəd imzalandıqdan sonra Türkiyənin də müdafiə naziri dəyişib, Gürcüstanın da müdafiə naziri Tinatin Xidaşeli istefaya getdi. İndi yeni müdafiə nazirinin Azərbaycana səfəri planlaşdırılır. Yəqin ki, bu səfərin də detalları müzakirə edilib.

Üzeyir Cəfərov 

- Nurçuların Azərbaycan ordusunda olması barədə məlumatlarla bağlı nə deyə bilrərsiniz?

- Nurçuların Azərbaycan silahlı qüvvələrində olması məsələsi şişirdilib. Ola bilsin ki, kiminsə bu istiqamətə rəğbəti və yaxud da işçi münasibəti var. Amma onun Azərbaycan silahlı qüvvələrində bu istiqamətdə fəaliyyət aparması mümkün deyil.Azərbaycanın xeyli sayda yüksək hərbi vəzifəliləri vaxtilə Türkiyənin yüksək hərbi məktəblərində təhsil alıblar, vətənə vicdanla xidmət ediblər. Digər tərəfdən, Azərbaycanda bu məsələlər hərbi əks-kəşfiyyat idarəsi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən nəzarətdədir. Yəni, indiyədək elə bir narahatçılıq olmayıb.

- Müdafiə Sənayesi Nazirliyinin Salyandakı zavodunda baş verən partlayışın səbəbləri ilə bağlı hələ də rəsmi məlumat yoxdur. Sizcə, partlayışın səbəbləri nə ola bilər?

- Bilgilərimiz ondan ibarətdir ki, bu hadisə Müdafiə Sənayesi Nazirliyinin bəzi vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində baş verib. Ona görə məlumat vermirlər. Əgər Müdafiə Sənayesi Nazirliyi ilə bağlı olmayan məsələ olsa idi, çoxdan məlumat verərdilər. Bunu geniş işıqlandırmırlar, amma bu faciə nazirliyin, o cümlədən "Araz" zavodunun vəzifəli şəxslərinin günahı ucbatından baş verib. Mənim bildiyimə görə, Hərbi Prokurorluqda aparılan istintaqın nəticəsi olaraq,  yaxın günlərdə o zavodla bağlı səhlənkarlığa yol verən bir neçə vəzifəli şəxs həbs olunacaq. 

Qızılgül

Qaynarinfo.Az