Xəbər lenti

"Zeynəb Xanlarova müharibəyə çağırış edirsə, bu tək onun fikri deyil" - ŞƏRH
Ölkə18:30 24.02.2017

"Zeynəb Xanlarova müharibəyə çağırış edirsə, bu tək onun fikri deyil" - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Zeynəb Xanlarova siyasətçi deyil, parlamentdə az danışır, ancaq onun hər açıqlaması səs salır, günün hadisəsinə çevrilir". 

Qaynarinfo.Az xəbər verir ki bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu bildirib ki, Zeynəb Xanlarova  bu gün Milli Məclisdə çoxlarının düşündüyünü dilə gətirib:

" Küçəyə çıxıb rəy sorğusu keçirsək, çoxları bu və ya digər şəkildə Zeynəb Xanlarovanın sözlərini təkrarlayacaq. Yəni deyəcəklər ki, Minks Qrupu boş şeydir, bu məsələnin yalnız hərb yolu ilə həlli var". 

Çoxusu belə bir sual səsləndirir ki, Zeynəb Xanlarova müharibə tərəfdarıdırsa, niyə ermənilərin də yer aldığı Sülh Platformasına üzv olub?

Politoloq qeyd edib ki, onun müharibəyə çağırışı ilə Platformaya qoşulması arasında ziddiyət görmürəm:

"Sülh Platformasına çoxları imza atıb, ancaq bu sənədə imza atan azərbaycanlılar üzərlərinə öhdəlik götürməyiblər ki, işğalçıya təzyiq etmək olmaz. Əksinə, Zeynəb Xanlarovanın həm Sülh Platformasına qoşulması, həm də bugünkü çıxışı Ermənistana və Dağlıq Qarabağda yaşayan ermənilərə ciddi mesajdır. Mesajın mənası budur ki, Azərbaycanın tanınmış şəxsi işğalı pisləyən, Xocalıda soyqırım törədilyini etiraf edən ermənilərlə təmasların və dialoqun tərəfdarıdır, separatizmi və işğalı davam etdirənləri isə lənətləyir və onları cəzalandırmağa tələb edir. Ermənistanda və Dağlıq Qarabağda anlasınlar ki, Zeynəb Xanlarova müharibəyə çağırış edirsə, bu tək onun fikri deyil".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az