Xəbər lenti

"Özgə Uşaq Olmur!" - SƏRGİ
Ölkə14:31 24.12.2013

"Özgə Uşaq Olmur!" - SƏRGİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
26  Dekabr tarixində saat 19 :00 -da Natavan Gallery-də "Özgə Uşaq Olmur!" şüarı ilə animosərginin açılış mərasimi baş tutacaq.

Qaynar.info xəbər verir ki, 27 dekabrda isə sərgi saat 12:00- 18:00 arası davam edəcək. İştirakçılar eyni zamanda  Natavan Gallerinin təşkil etdiyi xeyriyyə sərgisindən çox maraqlı YENİ İL əşyaları da əldə edə biləcəksiniz.

Sərgi “Ümidlərin kölgəsi” layihəsi çərçivəsində həyata keçirilir. Tədbirdə QHT –nümayəndələri,  layihəyə cəlb olunan  tanınmış simaların ( Samira, Sevinc və Fuad Əlişovlar, Flora Kərimova, Hüseyn Cavadzadə, Nərmin Ağasi), şirkət və dövlət nümayəndələrinin iştirakı nəzərdə tutulub. Sərgi valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqların problemlərinə yönəltmək və bu yolla“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitutlaşma) və alternativ qayğı Dövlət Proqramı”nın həyata keçiriləsinə və kimsəsiz uşaqların övladlığa verilməsi haqqında məlumatlılığın artırılmasına dəstək olmaq məqsədi daşıyır. Fotolarda məhşur insanların gündəlik ailə həyatını əks etdirən , eyni zamanda kimsəsiz uşaqların proeksiyası əlavə olunub.

Layihənin rəhbəri Aynur Salmanovanın mətbuata verdiyi məlumatda bildirmişdir ki, əsas məqsədimiz kimsəsiz uşaqların da isti ailədə böyümək şansının olduğunu  cəmiyyətin diqqətinə çatdırmaqdır.   Sərgidən sonra mövzu ilə əlaqədar  layihənin sosial çarxı hazırlanacaq.  

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonudun maliyyə dəstəyi reallaşmışdır.  Layihənin təşkilati dəstəyi “Birliyə Doğru” İB ilə əməkdaşlıq edən“ADDIM” Yaradıcı Gənclər Assosasiyası,Azərbaycan Uşaqlar Birliyi, Od production, Natavan Gallery & Club  göstərir.

Qaynar.info