Xəbər lenti

Qurban bayramı ilə bağlı iş günlərinin yeri dəyişdirildi: 4 gün istirahət olacaq
Ölkə16:10 01.07.2021

Qurban bayramı ilə bağlı iş günlərinin yeri dəyişdirildi: 4 gün istirahət olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb.
Qaynarinfo xəbər verir ki, qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq.
Həmin günlər də Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab edilir.
Beləliklə iyulun 17-də ölkədə iş günü, 18,19,20,21-də isə qeyri-iş günləri olacaq.