Xəbər lenti

Qurban bayramında Əfv sərəncamı olacaqmı?
Ölkə08:05 04.07.2020

Qurban bayramında Əfv sərəncamı olacaqmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qurban bayramında Əfv sərəncamının verilməsi real görünmür".
Bu barədə Qaynarinfo-ya açıqlamasında  hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, buna səbəb koronavirusla əlaqədar bir-birinin ardınca Əfv sərəncamlarının verilməsidir:
"Əfv sırəncamının verilməsini həmişə gözləyirik. Amma bu barədə heç bir məlumat yoxdur.  Bilirsiniz ki, koronavirusla bağlı yaşı 60-dan keçən və həbs müddətinin bitməsinə az qalan məhbuslar azad olunub. Buna görə də bu Qurban bayramında Əfv sərəncamının olacağını gözləmirəm".
Bahar Rüstəmli