Xəbər lenti

Qurban Məmmədov barəsində cinayət işi məhkəməyə göndərilib
Ölkə05:57 04.09.2013

Qurban Məmmədov barəsində cinayət işi məhkəməyə göndərilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbsdə olan vəkil Qurban Məmmədovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, cinayət işinin materialları baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Emin Mehdiyevin icraatına  verilib. Prosesin hazırlıq iclasının vaxtı yaxın  günlərdə məlum olacaq.
 
Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Sonradan istintaq orqanı tərəfindən Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.

Qaynar.info