Xəbər lenti

Qurban Qurbanov: "Bakıda bizi çətin oyun gözləyir"
Ölkə07:09 16.07.2014

Qurban Qurbanov: "Bakıda bizi çətin oyun gözləyir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bir neçə qol imkanımız olsa da, minimal hesablı qələbə qazandıq. Amma bu bizim növbəti mərhələyə keçməyimiz anlamına gəlmir".

Bu barədə oyun sonrası mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, Bakıda bizi heç də asan olmayan oyun gözləyir:

"Gördüyünüz kimi asan oyun olmadı. Maltalılar 90 dəqiqə görsətdi ki, hər an qol vurmağa qadirdi. Bir neçə qol imkanımız olsa da, minimal hesablı qələbə qazandıq. Amma bu bizim növbəti mərhələyə keçməyimiz anlamına gəlmir. Bakıda maltalıların vuracağı qol hesabın bərabərləşməsi deməkdi. Artıq bu oyunu unudub cavab görüşünü fikirləşmək lazımdır. Oyuna gəlib, 3rəngli bayrağımızı tribunada açan azsaylı azarkeşlərimizə də verdiyi dəstəyə görə təşəkkür edirəm".

Qeyd edək ki, dünən "Qarabağ" Çempionlar Liqasının II təsnifat ərhələsində "Valletta" ilə qarşılaşıb. Oyunda təmsilçimiz Çumbinyonun 17-ci dəqiqəsində vurduğu qolla qalib gəlib.

Qaynar.info