"Elvin Cəfərüuliyevlə bəzi görüşlərimiz oldu. Qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik”.
Teleqraf xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri” klubunu məğlub etdikdən sonra keçirilən mətbuat konfransında deyib.
Qurbanov Cəfərquliyevin komandada qalıb-qalmayacağı barədə suala belə cavab verib:
"Başqa klublara transfer olsaydı, alınsaydı, yox deməyəcəkdik. Ümumi belə, qayıtdı. Çox da geniş məlumat verməyə ehtiyac yoxdur. Bəzi görüşlər oldu. İstəmərik ki, hansısa futbolçumuz belə halla rastlaşsın. Fərqi yoxdur, azərbaycanlı, ya xarici olsun, istəmərik futboldan kənar qalsın”.
Şərhlər