Xəbər lenti

Qurban Qurbanovla 400-cü oyun
11:49 09.11.2021

Qurban Qurbanovla 400-cü oyun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 400-cü çempionat matçına çıxıb.
Qaynarinfo PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın X turuna təsadüf edib. "Sumqayıt”ın qonağı olan Ağdam klubu 49 yaşlı mütəxəssislə yubiley sınağında qalib gəlib – 4:0.
Qurbanovun "Qarabağ”da debütü 2008/09 mövsümünə təsadüf edib. 2008-ci il avqustun 9-dakı səfər matçında ağdamlılar "Bakılı”ya qalib gəlib – 2:1. Arxada qalan 13 il müddətində Qurbanovlu "Qarabağ” 238 qələbə qazanıb, 101 heç-heçə edib və 61 dəfə uduzub. Bu görüşlərdə onun yetirmələri 876 xal toplayıb.
Səbuhi Həsənov

Oxşar xəbərlər