Xəbər lenti

Qurtuluşun 100 ili: Bakı möhtəşəm tədbirə hazırlaşır (FOTOLAR)
Ölkə12:34 13.09.2018

Qurtuluşun 100 ili: Bakı möhtəşəm tədbirə hazırlaşır (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə paytaxtda möhtəşəm tədbir keçiriləcək. 
Qaynarinfo-nun azvision.az-a istinadən məlumatına görə, iki gündən sonra baş tutacaq yubiley tədbirinə hazırlıqlar davam edir. Tədbir proqramına əsasən, Şəhidlər Xiyabanından Əl Oyunları Sarayına qədər 1918-ci ilin hərbi geyimində və dövrün silahları ilə silahlanmış piyadaların və süvarilərin yürüşü olacaq. Mərasimə Dövlət Sərhəd Xidmətinin atlılarından ibarət 100-dən çox süvari və Müdafiə Nazirliyinin 150-dək piyada əsgəri cəlb olunacaq.
Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.