
Son günlər sosial şəbəkələrdə və kütləvi informasiyavasitələrində respublikaya idxal olunan bəzi malların, xüsusilə qurumeyvələrin gömrük orqanlarında rəsmiləşdirildiyi qiymətlərlə həminmalların daxili bazarda faktiki satış qiymətləri arasında ciddifərqlərin olması barədə məlumatlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsirəsmi açıqlama yayıb. Qurumun mətbuat sidmətinin məlumatına görə, DövlətGömrük Komitəsi mütəmadi olaraq daxili bazarın monitorinqini aparır,xüsusən bayram və mövsumi dəyişikliklər ərəfəsində daxili bazarınvəziyyətinin öyrənilməsini və idxal ilə daxili bazar münasibətləriniprioritet məsələ kimi nəzarətdə saxlayır.
DGK-nın yaydığı açıqlamanı olduğu kimi təqdim edirik:
“Novruz bayramı ilə əlaqədar DGK tərəfindən bu yaxınlarda araşdırmaaparılıb və quru meyvələrin sahibkarlar tərəfindən bəyan edilən gömrükdəyəri və faktiki bazar qiymətləri arasında müqayisəli təhlil aparılıb.
Sonuncu aparılan araşdırmaları üzrə qiymətlər aşağıdakı cədvəldə verilib:

Qeyd olunan malların idxalı ilə bağlı mövcud statistik məlumatlarıntəhlili göstərir ki, kütləvi informasiya vasitələrində təqdim olunan“idxal qiymətləri” Dövlət Gömrük Komitəsinin məlumat bazasında olansahibkarlar tərəfindən faktiki bəyan olunmuş gömrük dəyərigöstəricilərindən tamamilə fərqlənir. Məlumat üçün bildiririk ki, bir ilərzində 50-dən artıq yerli şirkətlər quru meyvə idxal edib. Bu dadaxili bazarda inhisarçılığın olmamasını bir daha göstərir.
Qeyd etmək lazımdır ki, malların gömrük rəsmiləşdirilməsi sahibkarlartərəfindən gömrük orqanlarına bəyan olunan gömrük dəyəri əsasındaaparılır və gömrük ödənişləri gömrük dəyəri əsasında hesablanır. Gömrükdəyəri anlayışı malın faktiki bazar qiyməti anlayışından fərqli iqtisadikateqoriyadır və onun digər dövlətlərdə olduğu kimi, Azərbaycanda damalların faktiki satış qiymətindən fərqlənməsi tam təbiidir. Belə ki,malların satış qiyməti sahibkarlar tərəfindən müəyyən edilir və gömrükdəyəri ilə yanaşı, eyni zamanda müxtəlif gömrük ödənişlərini (gömrükrüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımlar və s.) ehtivaedir. Bu qiymətlər digər iqtisadi amillərlə yanaşı, əsasən tələb vətəklif arasında nisbətdən və bazarın liberallıq dərəcəsindən asılıdır.Eyni zamanda, daxili bazarda satış qiymətlərinə həmin malların təklifiilə bağlı alıcıların rasional gözləntiləri, mövsümi dəyişikliklər,bayram öncəsi alıcılar arasında ajiotaj və s. kimi daha mürəkkəbfaktorlar təsir edir.
Məsələn, cədvəldən də göründüyü kimi “badam, qabığı təmizlənmiş:”ölkəmizə idxal olunarkən gömrük orqanlarına bəyan edilən qiyməti 28manat olduğu halda bazarlarda 18-23 manata satılır. Bu darespublikamızda yetərincə istehsal olunan badamın rəqabətdə üstünlüyüələ alaraq bazarlarda artıq özünə yer tapması deməkdir və bu amil birdaha sübut edir ki, idxal qiymətləri satış qiymətlərinin formalaşmasındamühüm rol oynamır.
Əlavə olaraq, idxal əməliyyatları adətən malların böyük partiyalarlaalqı-satqısını ehtiva edən müqavilələr çərçivəsində həyata keçirilir.Həmin müqavilələrlə müəyyən olunan qiymətlər malların daxili bazardapərakəndə satış qiymətlərindən fərqlənir”.