Xəbər lenti

Qusar stadionunda təmir işlərinə start verildi (FOTO)
Ekonomiks10:29 22.08.2022

Qusar stadionunda təmir işlərinə start verildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur futbol ustası Şövkət Orduxanovun adını daşıyan Qusar şəhər stadionunda təmir-bərpa işlərinə başlanılıb.
Qeyd edək ki, 1962-ci ildə inşa edilmiş Qusar şəhər stadionu, 1999-cu ildə "Şahdağ"futbol klubuna 99 il müddətinə icarəyə verilib.
Qusar rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov Bizim.Media-ya bildirib ki, hazırda stadionun ərazisində torpaq işləri görülür, ilk olaraq futbol meydançası hazırlanır. Daha sonra isə tribunanın və digər tikililərin inşasına başlanılacaq.