Xəbər lenti

Qusarda 22 yaşlı qız özünü yandırıb - YENİLƏNİB
Ölkə06:01 20.04.2013

Qusarda 22 yaşlı qız özünü yandırıb - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qusar rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. Qusar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Mübariz Zeynalovun Anspress-ə verdiyi məlumata görə, Allahverdiyeva Mehparə Tofiq qızı dünən saat 18:30-da ağır yanıq xəsarətləriylə xəstəxanaya daxil olub. 

Onun bədəninin ön və arxa hissədən 50-60 faizi yanıb. Həkimin sözlərinə görə, bununla bağlı Bakı şəhərindən həkim çağırılıb. Gecə saat 23:00 raadələrində gələn həkim xəstənin Bakıya aparılması ilə bağlı rəy versə də, bu valideynlər tətəfindən etirazla qarşılanıb.

Xəstə hal-hazırda Qusar Mərkəzi Rayon Xəstəxanasında reanimasiyada müalicə olunur. Onun vəziyyəti orta-ağırdır. Özünə qəsd edən 22 yaşlı qızın ruhi xəstə olduğu bildirilir. 

***

09:45

Qusar rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, Qusar şəhər Muxtadır küçəsi, 71 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Allahyarova Mehparə Tofiq qızı aprelin 19-da gecə saatlarında özünü yandırıb.

O, dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

M. Allahyarovaya bədənin müxtəlif nahiyələrinin 2-ci və 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, onun  vəziyyəti ağır-stabildir.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info