Xəbər lenti

Qusarda avtoqəza 850 abonenti qazsız qoydu
Ölkə19:22 16.02.2021

Qusarda avtoqəza 850 abonenti qazsız qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 16-sı axşam saatlarında Qusar rayonunun N.Həbibov, Tolstoy və daha bir neçə küçəsini, eləcə də Mərkəzi Xəstəxananı təbii qazla təmin edən, diametri 159 mm olan qaz xəttinin üzərinə minik avtomobili aşıb. Nəticədə 850 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib.
Onun sözlərinə görə, hadisə yerində araşdırma aparılır və müvafiq prosedurlar icra olunur. Fevralın 17-də səhər saatlarında qaz təchizatı bərpa olunacaq.