
Qusarda yanğın hadisəsi qeydə alınıb.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Köhnə Xudat kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 85 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info