Bu gün Qusarda II Dünya Müharibəsinin 70 illiyi ilə bağlı tədbir keçirilib. ANS PRESS-in məlumatına görə, Qusarda general Mahmud Əbilov adına meydanda baş tutub.
Tədbirdə rayon icra başçısı Şair Alxasov, rayonun ziyalıları, müharibə veteranları və Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin şəxsi heyyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə general Mahmud Əbilovun xatirə lövhəsinin və dünya müharibəsi iştirakçılarının xatirəsinə həsr olunmuş abidənin açılışı olub.
Tədbirdə çıxış edən rayon icra başçısı Şair Alxasov bildirib ki, müharibə zamanı Qusar rayonundan 10 min döyüşçü olub. Onlardan 4 mini müharibədə həlak olub. Müharibədən sonra 6 mini rayona qayıdıb. Lakin onların çoxu dünyasını dəyişib. İndi rayonda 13 II Dünya Müharibəsi veteranı yaşayır. Sonda Qusarda 7 km. məsafədə hərbi parad keçirilib.
Qaynar.info