Ölkə 19:38 29.03.2023

“Quşbaz" Elnurun 27 göyərçininə görə 4.5 il həbs

Qaradağ rayonu, Baş Ələt qəsəbəsində "quşbaz" Elnurun göyərçinlərini oğurlayan şəxslərə hökm oxunub.
 
Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Bakı şəhərində doğulmuş Feyruz və 1991-ci il təvəllüdlü Tərlan adlı şəxs Qaradağ rayonu, Baş Ələt qəsəbəsi, Füzuli küçəsində "quşbaz" kimi tanıdıqları Elnur İsrafilovun saxladığı ev göyərçinlərini oğurlayıblar. 

Feyruz və Tərlan ev göyərçinləri saxlanılan damın içinə daxil olaraq, oradan 28 ədəd ev göyərçini kisəyə yığıblar. Bir ədədinin bazar dəyəri 15 manat olan göyərçinləri sata bilməyən Feyruz və Tərlan tikililərin birində gizlədiblər. 

Onlar saxlanıldıqdan sonra biri öldüyü üçün yerdə qalan 27 ədəd göyərçin polislərin iştirakı ilə Elnur İsrafilova qaytarıblar. 

Məhkəmənin qərarı ilə Feyruza 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, Tərlana isə 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Əhməd