Orxan
Saffari
Dünya
yaranandan, Yer kürəsinə insan ayağı dəyəndən, torpaq anlayışı olandan, bir sözlə, bəşər
tarixindən üzü bəri daim müharibələr olub, qanlar tökülüb. İnsanlar bütün dövrlərdə
həm bir-birilərini, həm də öz evlərini, yaşadıqları əraziləri qoruyublar. Bu,
ilk növbədə insanın genetikasıdır, öz instikdidir. Təbii, hər dövr üçün fərqli
olan müharibə anlayışları var ki, indi tarix danışmaq uzunçuluq olar. İndi
tarixi yazmaq vaxtıdır...
Müharibə-bütün
dövrlərin ən dəhşətli həqiqəti və ən qanlı reallığı.
Və elə
bu müharibənin ortasında da sərhədsiz dünya, bütün insanlara sevgi, düşmənə
gül-çiçək atan qərbləşmiş şərqlilər. Bizimkilər.
Son
dövrlərin liberallaşma (oxu: manqurtlaşma) humanizm, passifizm anlayışları
bizim külək beyinli adamlardan da yan keçmədi.
"Oyy,
müharibə olmasın, oyy, canik insanlar yazıkdır, ölmesinlər, oyy savaş, qan,
ujas" intonasiyasını hardasa keçmək olur. Belə də, hər kəsin qorxmaq,
müharibə istəməmək haqqı var. Amma sevən ürəyə çarə yoxdu. Bir də, quluncun heç
nəyə dəxli yoxdur.
O şəxslər
ki var, hansı ki, Qərb küləyinin altında özünü sərinə verib, QHT-şniklik edib,
guyam ki, bütün söhbətlərdən arınaraq bəzən "peşə etikası" adı
altında, bəzən də açıq-aşkar düşmənə xoş münasibət göstərən, başına gətirilən
faciələrə baxmayaraq, "onlar da insandır, onlar da elədir, belədir"
acıyanyanə söhbətlərlə, xüsusi ilə də döyüş gedən vaxtlar kütləni
qıcıqlandıran, bax o adamlar... o adamlar ki var, onlarla bilmirsən hansı dildə
danışasan, hansı hərəkəti edəsən. Ümumiyyətlə, bilmirsən ki, bu adamları necə
yox edəsən. Mənə görə bu adamların "ditdilidən" bir fərqi yoxdur.
Məhz
bu adamlardır ki, "müharibə siyasətdir, siyasətin qurbanı oluruq"
kimi hər kəsin bildiyi anlayışı yenilik kimi ortaya soxur, gözümüzü
"mazol" edir. Elə bil, bircə bu kəşf edib ki, müharibə siyasətdir.
Pay atonnan. Necə bilməmişik biz cahillər.
Çünki
heç nə oxumayıblar o adamlar, heç nə bilmirlər. Bildikləri internet üzərindən
5-10 termin, insan haqları arxasında gizlənib öz mənfəətlərini güdmək,
qrantlarını tıxmaq, provakasiyalara qol qoymaq və.s-dir. Amma oxusalar, bilərdilər
ki, müharibə onsuz termin olaraq da siyasətin başqa formada təzahürü, davam
etdirilməsidir.
Bu
adamlar elə bilir ki, müharibə etməməli, özünü qorumamalı, torpağını da verməlisən.
Bu adamlar elə bilir ki, dünyada müharibə etməyən dövlətlər elə ömrü boyu belə
olub. Elə bilirlər ki, həmin dövlətlər, hansı ki, indi sivil, mədəni cəmiyyətlərə
sahib olanlar heç vaxt müharibə etməyib. Bilmirlər ki, onlar uzun müharibə yolu
keçib, qanlar töküb. Dilinizə hansı böyük dövləti gətirirsinizsə, bax, onlar. Bəs,
bu olanlar nədir?
Müharibə
istəməmək üçün ilk növbədə səni işğal etməməlidirlər, sənin olanı
almamalıdırlar. Müharibə istəməmək üçün ilk növbədə bütövlüyün təmin
olunmalıdır. Yoxsa, sən müharibə istəmə, amma hər gələn səni işğal eləsin. Bu
adamlar üçün tarixi müqavilələrin, hadisələrin mahiyyəti elə ancaq oxuduqları nəzəriyyə
üzərindədir. Bu adamlar üçün ölkə tarixinin, baş verən hadisələrin heç bir əhəmiyyəti
yoxdu. Prinsipsiz, ideologiyasız, öz xoşuna yaşayan pişiklərdirlər.
Onlar
bilmir, əminəm ki, bilmirlər, yoxsa bildiyi halda da müharibə vaxtı sülh göyərçinliyi
etmək, ancaq quşbeyin olmaqdan irəli gəlir. Onlar bilmir ki, beynəlxalq arenada
Dağlıq Qarabağın statusu "Aland modeli" deyilən anlayışda bir modellə
müqayisə olunur. İndi durub bu model haqqında da uzun-uzun danışmıram. Zəhmət çəkib
özləri oxusun. Oxuyub anlasınlar, bilsinlər. Əgər anlaya biləcəklərsə.
Bu gün
dünyaya pasifizmi, liberallığı, kosmopolitliyi təbliğ edən dövlətlərin heç biri
belə deyil. Məhz onlar dünyanın ən milliyətçi xalqlarıdır, millətləridir. Onlar
heç vaxt öz milliliyini itirmir, itirməyib də. Əvəzində bizim pasifistlər
"bizimkilər" nə edir? Göz qabağında, nadanlıq.
Bu gün
müharibə şəraitində yaşayan bir ölkənin insanının kosmopolit olmağa ən yaxşı
halda haqqı yoxdur. İnsan deyilən varlıq ətdən, sümükdən, müəyyən orqanlardan, ən
əsası isə vicdandan ibarət olmalıdır. Bizim kosmopolitlərsə, sadəcə, ətdən ibarətdirlər.
Ətcə balalar.
Kosmopolitizm
haqqında ən kiçik bilgiyə də sahib olan insanlar bilir ki, bəşərilik ilk olaraq
millilikdən başlayır. Yəni, öz ölkənə, öz millətinə, xalqına nifrət edib, hər
fürsətdə aşağılayıb, barbar adlandırıb, bu ölkədə yaşaya bilmədiyini deyib sadə
insanları günahlandırıb kosmoplit olmaq olmaz.
Olmaz,
ay insan, olmaz!
İndiki
halda kosmopolit olmaq qorxaqlığını, cəsarətsizliyini, rahatlığını ideoloji məsələlər
altında gizlətmək cəhdidir. Ya da birbaşa olaraq şablon ifadələr; "düşmən
dəyirmanına su tökən", "antimilli ünsürlər" və.s
Mən
razıyam, müharibə olmasın, insanlar ölməsin, anaların gözü yaşlı qalmasın,
ataların beli bükülməsin. Hər şey yaxşı olsun. Lazımdırsa, gül də ataq düşmənə.
Amma bunlar torpaqlarımızı əldə edəndən sonra olsun. Qisasdan sonra olsun. Bizi
də, insanlığı da bütövləşdirən məhz qisasdır. Mən sonadək məğlub ölkənin vətəndaşı
olmaq istəmirəm. Mən haqqım olanı istəyirəm. Biz bunu istəyirik, bunun üçün qan
tökürük, haqlı yerə.
O ki,
qaldı indi gedən müharibəyə, haqq savaşına, bax, bu haqda da bir neçə söz demək
yerinə düşərdi ki, sülhişnik yoldaşlar bəlkə nə zamansa gerçəkləri anladılar;
Ümumi
Türk coğrafiyası, qafqazlılar tarixən savaş adamları olub.
Bizə
heç nəyi boş yerdən verməyiblər. Biz vuruşub almışıq!
Biz
heç nəyi boş yerə verməmişik. Vuruşub vermişik!
Bizə
heç nəyi boş yerə verməyəcəklər, vuruşub alacağıq!
Bizim
qismətimizdə, taleyimizdə rahatlıq yoxdur. Biz nə qazanmışıqsa, qanımızla
qazanmışıq, bizim olan nə varsa, dişimiz-dırnağımızla əldə etmişik. Bu, ilk
növbədə bizim genetikamızdır.
Amma əvəzində
nə olub? Daim bizə basqılar, daim işğal etmək istəkləri, cəhdləri...
Coğrafiya,
həqiqətən də insanın taleyini həll edir.
Heç nə
yox, təkcə indinin məişət məsələlərinə baxmaq kifayət edir ki, kim olduğumuzu
anlayaq.
Müharibə
bizim həyat tərzimiz, taleyimizdir. Bunu heç vaxt dəyişə bilməyəcəyik. Dünyanın
harasına gedirsən get, hansı düşüncəyə sahib olursan ol, genetikanı, xasiyyətlərini
nə qədər dəyişməyə çalışırsan çalış, özündən qaça bilməyəcəksən. Bizlər küllən
mübarizə adamlarıyıq. Bizlər bu mübarizədən qaçmayan, dirənən, ölən, öldürən
adamlarıq!
Dünyada
bir olmağı bacaran üç xalqdan ikisi bizik. İstər müharibə olsun, istər məişət,
istər küçə. Həmişə əzməyə çalışılan, həmişə əzilənin yanında olan. Küçədə də,
müharibədə də!
Biz
yer üzünə rahat xalq olaraq gəlməmişik. Biz bizə olanı qulaq ardına verməyi,
unutmağı bacarmırıq. Başımıza gətirilən hər şeyə adekvat və artıq cavab
vermişik. Qurmuşuq, yaratmışıq, əlimizdən alıblar, yenə almışıq, alacağıq da!
Sistemdir,
dövr edir.
Tarixdi,
təkrarlanır.
Yaşadığımız
coğrafiya həmişə başıbəlalı olub, həmişə başımıza bəlalar gəlib. Mövcud olandan
bəri tarixin az qala hər səhifəsində Türk izi var. Hər döyüşdə, hər mübarizədə
türk adı var. Biz azərbaycanlılar da o ümumi tarixin içində! Bu coğrafiyanın,
bu genetikanın izi dünya durduqca silinməyəcək. Əsrlərlə davam edib, edəcək də.
Bundan nə utanmaq lazımdır, nə də pis olmaq. Əksinə, qürurdu, duy getsin!
Sənə
qarşı edilən vəhşiliyə adekvat cavab vermək barbarlıq deyil. Qisas almaq
insanın ən təbii haqqıdır. İnsanı bütöv edən məhz qisas hissidir. İnsanı yaşadan,
insanlığı, milləti var edən ən vacib hissdir qisas hissi. Bu hissi itirən insan
da, millət də məhvə məhkumdur!
Odur
ki, yaşasın Türk coğrafiyası, yaşasın Türk milləti, yaşasın azərbaycanlılar,
haqq savaşı aparanlar! Biz haqq üçün döyüşürük, biz bizim olanı istəyirik.
Yaşasın onun olanı sökə-sökə almağı bacaran hər bir azərbaycanlı!
Həyatda
həmişə mübarizə aparanlar qala bilir.
Elə
tarixdə də...
Şərhlər