Xəbər lenti

Bunun adı  mağara təfəkkürü deyilmi?
Orxan Saffari
Ölkə 17:53 02.08.2024

Bunun adı  mağara təfəkkürü deyilmi?

Azərbaycanlıların təfəkkür cəhətdən inkişaf edə bilməməsinin bir səbəbi də fəxarət yerlərinin lokal olmasıdır ki, bu da birmənalı düşüncəyə təsir formasıdır. 

Əlbəttə, dünya sərhədlidir, kosmopolit ideologiya ayaq açıb yeriyə bilmir, amma ən azından insanın daxilini sərhədləməməsi mümkündür. Bəs niyə azərbaycanlılar ən adi, arxaik məsələlərlə fəxr edirlər?

Məsələn, doğulduqları rayon, şəhər, qəsəbə ilə fəxr etmək bir insana nə bəxş edə bilər? 
Bir insanın "X” rayonda doğulması və o rayonun insanlarının hansısa xüsusiyyətləri nəyə gərəkdir?

Üstəlik, azmış kimi bu məsələlər üstündə mübahisələr, cinayətlər belə olur.

Uşaqlıq dövrünün məşhur bir ifadəsi var idi:

"Bizim məhlə məhlədi, qalan məhlə fəhlədi”

Mahiyyət etibarı ilə dəyişən heç nə yoxdur.

Bir də görürsən, biri rayonun pendiri-yağı, qarpızı, limonu, qonaqpərvərliyi, davakarlığı kimi məsələlərlə fəxr edir. 

Niyə? 

Normal təfəkkürü olan bir insan rayonun, kəndin, qəsəbənin kiriminal adamı ilə fəxr edərmi? Normalda fəxr etməli məsələ varsa, o da bir yerdən çıxan ziyalı, alim, elm adamı ilə etmək lazımdır. Bizdə isə tərsinədir. Adamlar harada oğru, vurub-yıxan adam var, onu əldə bayraq edirlər. Bu da aydın məsələdir ki, nəyə gətirib çıxardır. 

Azərbaycanda nə qədər adama rast gəlmək mümkündür ki, öz yaşadığı yerin yazıçısı, şairi ilə, ziyalısı ilə fəxr etsin? Desin, bu diyar belə-belə ziyalılar yetişdirib? Adamlar özlərinə ideal belə seçə bilmirlər, kumirləri yoxdur. 

Avaranı, oğrunu fəxarət yerinə çevirən adamlarla hara qədər getmək olar?

Bunun bir adı da mağara təfəkkürü deyilmi?

Əlbəttə, suallar ritorikdir. 

Lütfizadəyə "fındıqbaş” deyən bir toplum, elə kriminal oğrusu ilə fəxt erməli, pendirini, yağını, limonunu, qarpızını önə çəkməlidir.

Orxan Saffari

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->