Xəbər lenti

Rabitə sektorunda yeni şirkət yaradıldı
Ölkə13:59 26.06.2015

Rabitə sektorunda yeni şirkət yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmlak Məsələləri Dövlət Komitəsinin 22 iyun tarixli qərarı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) “Azerbaijan International Telecom” MMC-yə çevrilib. Bu barədə Qaynar.info “Turan”a istinadən xəbər verir. 
Hələlik MMC-nin dövlət qeydiyyatı və nizamnamə kapitalının müəyyən edilməsi prosesi gedir. BƏHM 1994-cü ildən fəaliyyət göstərir. Qurumun əsas vəzifələri Azərbaycanla dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi, poçt rabitəsi xidmətləri üçün beynəlxalq operatorlarla müqavilə bağlanması və müqaviləüzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılmasıdır. O həmçinin telekommunikasiya vasitələrinə və cihazlarına uyğunluq sertifikatı verir.
Qaynar.info