Xəbər lenti

Rafael Ağayevdən növbəti qələbə
İdman14:21 29.01.2022

Rafael Ağayevdən növbəti qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan yığmasının və "Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti döyüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, 5 qat dünya və 11 qat Avropa çempionu peşəkarlar arasında "Karate Combat”da ikinci sınağına çıxıb.
75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz macarıstanlı Jolt Habda ilə qarşılaşıb. Ağayev bu görüşdə qələbə qazanıb. Bu, onun "Karate Combat"da ikinci qələbəsidir.
Rafael 2018-ci ildə Dominikan karateçisi Dionisio Qustavonu məğlub edib.