
Azərbaycanın karate üzrə milli komandasının üzvü, 5 qat dünya, 13 qat Avropa çempionumuz Rafael Ağayev əsəbləşib.
Qaynarinfo.Az xəbər verir ki, o, sosial şəbəkədə onun adından sözlər yazılmasına dözə bilməyib.
Nəticədə Rafael Ağayev "Feysbuk"da həmin saxta profili göstərərək bunları yazıb: "Bu mənim səhifəm deyil. "V Kontakte"də yenə kimsə adımdan danışır". Daha sonra Ağayev belə saxta profillərin yaradılmamasını xahiş edib.
Qaynarinfo.Az