Xəbər lenti

Rafael Ağayevin “Instagram” hesabı oğurlandı
Ölkə18:16 07.01.2022

Rafael Ağayevin “Instagram” hesabı oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Karate üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafael Ağayevin "Instagram” hesabı oğurlanıb.
Bu barədə Oxu.Az-a Rafael Ağayevin özü məlumat verib:
"Dekabrın 28-i səhər 7-yə qalmış hesabıma girməyə cəhd edildi. Gördüm ki, hesabıma girməyə cəhd edilən yer Türkiyəni göstərir. Həmin gün axşam futbol oynayırdım. Futboldan çıxandan sonra gördüm ki, hesabıma girə bilmirəm. Ondan sonra "Instagram” hesabım bağlanıb. Hələ ki, onu bərpa etməyim mümkün olmayıb. Bu səbəbdən də onu bərpa edənədək dünən aghayev_rafael999 hesabı açmışam”.