Xəbər lenti

Rafiq Hüseynovun həyat yoldaşı: "Qızımdan atasının ölümünü gizlətdim"
Ölkə08:52 30.10.2017

Rafiq Hüseynovun həyat yoldaşı: "Qızımdan atasının ölümünü gizlətdim"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyada vəfat edən xalq artisti, məşhur diktor Rafiq Hüseynovun cənazəsi iki gün sonra Azərbaycana gətiriləcək.
"Qaynarinfo" xəbər verir ki, yenicag.az-a açıqlama verən xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova gözyaşları içində bunları dedi:
"Qızım atasının ölüm xəbərini bilmirdi. Neçə gün bu xəbəri ondan gizlətdim. Ancaq bu gün deyə bildim. Həyatımda bu dəhşətli mənzərəni heç vaxt unutmayacam. Ata-bala bir-birlərini hədsiz çox sevirdilər. Qızım şok keçirtdi”.
S.Hüseynova onu da bildirib ki, R. Hüseynov Almaniyaya aparılanda vəziyyəti kritik olub:
"Almaniyaya apardıq ki, onu xilas edək. Amma artıq gec idi. Həkimlər dedilər ki, ağciyəri bərpa etmək mümkün deyil. Son dəqiqələrində əli əlimdə, gözlərimə baxa-baxa getdi. Son sözünü də deyə bilmədi. Nigarançılığı məndən və qızından idi. Çox acıdır, kədərimi ifadə etməyə söz tapmıram”.
Qaynarinfo.Az