"Oruc tutanlar mütləq niyyət etməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Rəhimə Xanım” məscid-ziyarətgah kompleksinin axundu Hacı Ədalət deyib. Onun sözlərinə görə, niyyət Ramazanın ən vacib şərtlərindən biridir:
"Ramazan ayı başlayıb. Oruc tutanların ramazan ayını təbrik edirəm. Ramazan ayında oruc tutanlar üçün vacib bir şərt var - niyyət etmək. Bu vacibdir. Amma yaxşı olar ki, oruc tutmaq istəyənlər ayın əvvəlindən niyyət etsinlər”.
Hacı Ədalət Ramazan ayında iftar süfrəsinində vacib olan nemətin adını da açıqlayıb:
"Ramazan ayının ən vacib neməti xurmadır. Oruc xurma ilə açılmalıdır”.
Bahar Rüstəmli