Xəbər lenti

İdman 16:24 10.01.2024

Ramil Şeydayev Türkiyə klubunda

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "bolugundem.com” saytı məlumat yayıb.

Bildirilib ki, Tailandın "Buriram Yunayted” klubunun hücumçusu "Kocaelispor”la anlaşıb. 27 yaşlı hücumçunun TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağladığı vurğulanıb. "Kocaelispor” I Liqada 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.

Qeyd edək ki, Ramil Şeydayev 2016-2018-ci illərdə Türkiyədə "Trabzonspor”un formasını geyinib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->