Xəbər lenti

Ramil Usubov Aslan İsmayılovu qəbul etdi
Ölkə11:05 08.06.2013

Ramil Usubov Aslan İsmayılovu qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Mənə çox hörmətlə yanaşıldı, söylədiklərim təmkinlə dinlənildi"

 Bu gün Daxili İşlər Naziri Ramil Usubov vəkil Aslan İsmayılovu qəbul edib. Bu barədə vəkil öz Facebook səhifəsində məlumat verib: "Bir saatdan artıq sürən görüş zamanı mənə çox hörmətlə yanaşıldı, söylədiklərim təmkinlə dinlənildi. Söhbətdən anladığım o oldu ki, dediklərim sübuta yetirilmədiyindən, heç kimə qarşı tədbir görülməyəcək. Atacağım addımların məsuliyyətini dərk edirəm. Görüşdə dediklərimi bir daha təkrar edirəm. Mənə qarşı cinayət törədənlər, Rəşad Ramazanovun cibinə narkotik qoyanlar cəzalandırmayınca mübarizəmdən əl çəkən deyiləm. Bu yolda mənə qarşı atılacaq hər bir qanunsuzluğa hazıram.

Bu günə qədər mənə qarşı olan qanunsuzluqlarla bağlı DİN-nin Daxili təhqiqatlar İdarəsinin rəisi Rasim Musayev, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov və nəhayət bu gün daxili işlər naziri Ramil Usubov heç olmasa məni qəbul edib hörmətlə dinləyiblər. Görəsən bu işin araşdırılmasına qanunla birbaşa cavabdeh olan, vaxtı ilə özümün də 4 il çalışdığım Respublika Prokurorluğuna başçılıq edən, məni şəxsən tanıyan ölkənin baş prokuroru Zakir Qaralov və onun tabeçiliyində olanlar niyə susurlar?"

Qaynar.info