Xəbər lenti

Ramil Usubov daha bir rəisi işdən çıxartdı
Ölkə16:25 08.07.2016

Ramil Usubov daha bir rəisi işdən çıxartdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili işlər naziri Ramil Usubov Bakıda polis rəisi ilə bağlı əmr verib.

"Qaynarinfo.Az" criminal.az saytına istinadən məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəisi Mahir Məmmədov vəzifəsindən azad edilib. Onun yerinə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin rəisi Zaur Əliyevi təyin edilib. 

M.Məmmədovun hansı vəzifəyə təyin olunması məlum deyil.

Xatırladaq ki, dünən Nərimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov işdən çıxarılıb. Nazir onu Kürdəmir rayonuna rəis göndərib

Qaynarinfo.Az