Xəbər lenti

Ramil Usubov əmr imzaladı: Polis gücləndirilmiş rejimdə işləyəcək
Ölkə11:36 17.08.2018

Ramil Usubov əmr imzaladı: Polis gücləndirilmiş rejimdə işləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.
Bu haqda Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədilə əmr imzalayıb.
Əmrə əsasən, avqustun 22-dən 24-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndiriləcək.