Xəbər lenti

Ramil Usubov əmr verdi: Polis gücləndirilmiş rejimə keçir
Ölkə08:38 23.09.2016

Ramil Usubov əmr verdi: Polis gücləndirilmiş rejimə keçir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın daxili işlər orqanları əməkdaşları ölkədə keçiriləcək referendum günü gücləndirilmiş iş rejimində çalışacaqlar.

Daxili işlər naziri Ramil Usubovun əmri ilə ölkə polisi sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək. Gücləndirilmiş iş rejimi sentyabrın 29-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, referendum 2016-cı il sentyabrın 26-da keçiriləcək.(trend)

Qaynarinfo.Az