Xəbər lenti

Ramil Usubov generalın dəfnində
Ölkə07:09 04.09.2015

Ramil Usubov generalın dəfnində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən ürəktutmasından dünyasını dəyişən general Rasim Musayev bu gün dəfn olunur. 

Qaynar.info qafqazinfo-ya istinadən xəbər verir ki, general "Mehdiabad" qəbirstanlığında torpağa taşırılır. R.Musayevin dəfnində Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazir Ramil Usubov da iştirak edir. 

Qeyd edək ki, Rasim Musayev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı iləona polis general-mayoru ali xüsusi rütbəsi verilib. 

Öz xahişi ilə 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. 

Qaynar.info