Xəbər lenti

Ramil Usubov işdən çıxardığı generalları geri qaytardı
Ölkə08:46 23.02.2017

Ramil Usubov işdən çıxardığı generalları geri qaytardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib.

Virtualaz.org-a məlum olub ki, general Mehrəliyev bu dəfə daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub.

Bundan əlavə istefaya göndərilmiş daha bir general DİN-ə qaytarılıb. Bu, ötən ay pensiyaya göndərilən, Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general-mayor Həsən Şirinovdur. Maraqlıdır ki, Bakı şəhər Baş polis idarəsinin rəis müavini postu ləğv edilib və onun yerində yeni vəzifə - Bakı şəhər Baş polis idarəsinin rəisinin köməkçisi vəzifəsi yaradılıb. Həmin vəzifəyə Həsən Şirinov təyin olunub.

Qaynarinfo.Az