
Daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
Bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən daxil olub.
Xəbərə görə, Nadir Piriyev işdə yol verdiyi nöqsanlara görə işdən azad olunub.
Bakı şəhər DYP-də faktiki olaraq ikinci şəxs olan Piriyevin işdən çıxarılmasının səbəbi son korrupsiya qalmaqalları olub.
Həmin skandalda yol polisi əməkdaşları da yer alıb.
***
“O, hələ bir neçə il də artıq işləmişdi”.
Bunu Axar.az-a Daxili İşlər naziri Ramil Usubovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad etməsi ilə bağlı xəbərə aydınlıq gətirən DİN Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib: “Bəzi mətbuat orqanlarının yaydığı məlumat kökündən yanlışdır. Nadir Piriyev işdən azad edilməyib. O, son yaş həddi ilə əlaqədar məzuniyyətə göndərilib. Hələ bir neçə il də artıq işləmişdi. Mətbuatda yazırlar ki, guya hansısa korrupsiya faktı ilə əlaqədar işdən azad edilib. Bu, tamamilə yanlışdır”.
Qaynar.info