Xəbər lenti

Ramil Usubov polkovniki təqaüdə göndərdi - Yeni təyinatlar
Ölkə09:43 19.01.2019

Ramil Usubov polkovniki təqaüdə göndərdi - Yeni təyinatlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi baş verib.
Qaynarinfo azvision.az -a istinadən xəbər verir ki,  əldə edilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev Binəqədi rayon Polis İdarəsinə rəis təyin edilib. 
Vəzifəsindən azad edilən Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov isə Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunub.